BAKI, 1 may — Sputnik. Bu gün səhər saatlarından etibarən yüzlərlə etirazçı İrəvanın Respublika meydanına toplaşıb. Sputnik Azərbaycan"RİA Novosti"yə istinadən xəbər verir ki, meydanda Bakı vaxtı ilə saat 11:00-da mitinq baş tutub.
Aksiya iştirakçıları Respublika meydanında quraşdırılan böyük ekranların qarşısında toplaşıblar. Böyük ekranlarda parlamentin baş nazirin seçilməsi prosesi canlı yayımlanacaq.
Ermənistan paytaxtının mərkəzi küçələrində avtomobillər hərəkət edərək siqnal verir. Ümumilikdə Ermənistan paytaxtında vəziyyət sabitdir.
Qeyd edək ki, bu gün Ermənistan parlamentinin xüsusi iclasında ölkənin yeni baş naziri seçiləcək. Baş nazir postuna yeganə namizəd müxalifət lideri Nikol Paşinyandır.