BAKI, 1 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib. Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qanun layihəsində məcəlləyə hərbi vəziyyət və fövqəladə hallar zamanı bir sıra məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı cəzalar təklif olunur. Buraya sözügedən vəziyyətlərdə mətbuatın, təşkilatların fəaliyyətinin məhdudlaşdırılması və digər məsələlər daxildir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.