BAKI, 1 may — Sputnik. Məşhur milyarder, "Microsoft" şirkətinin sahibi Bill Qeyts ABŞ prezidenti Donald Trampın elmi işlər üzrə məsləhətçisi olmaq barədə təklifdən imtina edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, "Statnews" qəzetinə açıqlamasında bildirib.
Qeyts deyib ki, Trampla 12 milyon dollar xərcləməyi planlaşdırdığı qripə qarşı universal vaksin barəsində müzakirə aparıb: "Tramp bu ideya ilə maraqlandı və Ərzaq Məhsulları və Dərman Vasitələrinə Nəzarət İdarəsinin rəhbəri Skott Hotleybuya zəng edərək belə vaksinin mümkün olub-olmadığını soruşdu".
"Mən prezidentə təklif etdim ki, "Bəlkə özünüzə elm məsələləri üzrə məsləhətçi təyin edəsiniz?" Tramp da mənim bu vəzifəyə təyinat almaq istəyib-istəmədiyimi soruşdu. Cavab verdim ki, bu, mənim vaxtımın səmərəli istifadəsi üçün yaxşı ideya deyil", — deyə Qeyts müsahibəsində vurğulayıb.
Xatırladaq ki, ABŞ-da prezidentin elmi işlər üzrə məsləhətçisi vəzifəsini 2009-2017-ci illərdə Con Holder tuturdu. Tramp prezident seçildikdən indiyədək bu vəzifəyə heç kimi təyin etməyib.