BAKI, 1 may — Sputnik. San Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzi Azərbaycana səfər edəcək. Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfər 2-3 may tarixlərində həyata keçiriləcək.
Səfər çərçivəsində N.Renzinin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü planlaşdırılır.