BAKI, 1 may — Sputnik. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə medal təsis edilib. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirə edilib.
Dəyişikliklə, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)" yubiley medalı təsis olunub. Bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunacaqlar.
Dəyişiklik səsə qoyularaq qəbul olunub.