HADİSƏ

Küçə "sənətkarları"nın əl işi vətəndaşın qəzaya düşməsinə səbəb oldu

Avtomobil yüksək sürətlə idarə edilmədiyinə görə sükan arxasındakı şəxs ciddi xəsarət almayıb
Sputnik

BAKI, 30 aprel — Sputnik. İspaniyada maraqlı hadisə baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, Valensiya şəhərindəki körpülərdən birinə küçə "sənətkarları" tərəfindən qrafiti formasında tunel şəkli çəkilib. 

İçkili sürücü də bu görüntünü ciddiyə alıb və tunelə daxil olmaq istəyib. Xoşbəxtlikdən avtomobil yüksək sürətlə idarə edilmədiyinə görə sükan arxasındakı şəxs ciddi xəsarət almayıb.

İspaniyadakı gülməli qəza sosial şəbəkələrdə belə əks olunub