BAKI, 30 aprel — Sputnik. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 30-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş "Tufan" tipli sərhəd gözətçi gəmisi ilə tanış olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev prezidentə yeni sərhəd gözətçi gəmisi ilə bağlı məlumat verib.