HADİSƏ

İki gənc "Gənclik"i ayağa qaldırdı

Oğlan stansiyadakı polis əməkdaşlarının iştirakı ilə qatar yolundan çıxarılılb
Sputnik

BAKI, 30 aprel — Sputnik. "Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasında insident baş verib. Bu barədə Sputnik Azərbaycan-a Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O bildirib ki, hadisə bu gün günorta saatlarında baş verib: "1997-ci il təvəllüdlü Elvin Əli oğlu Zülfüqarov dostu ilə mübahisə edib və özünü relslərin üstünə ataraq qatarın gəlməsini gözləyib. O, stansiyadakı polis əməkdaşlarının iştirakı ilə qatar yolundan çıxarılıb".

Hadisədə adıçəkilən Elvin Zülfüqarov isə, əslində, özünü relslərin üstünə atmadığını, xəstəlik səbəbindən başının fırlandığını və yıxıldığını bildirib. Polisə izahatında da eyni ifadələrə yer verib.