BAKI, 30 aprel — Sputnik. Böyük Britaniya mətbuatı Türkiyədə 24 iyunda keçiriləcək növbədənkənar prezident və parlament seçkilərini geniş işıqlandırmağa başlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Financial Times" qəzetində dərc edilən baş məqalədə prezident Rəcəb Tayyib Ərdoğan açıq şəkildə hədəf göstərilib.
"Qərb ölkələri Ərdoğanın üzərində təzyiqi əvvəldən artırmağa başlamalıydı" — deyə məqalədə bildirilir.
Qərbin daha öncə hərəkətə keçməsinin lazım olduğu qeyd olunan yazıda bildirilir ki, Ərdoğanın seçkiləri qazanması Türkiyə üçün vəziyyəti daha da pisləşdirəcək. Məqalədə ABŞ və Avropa ölkələrinin narahatlığına baxmayaraq, Ərdoğan ilə Putin arasında səmimi münasibətlərin davam etdiyinə də diqqət çəkilib.