HADİSƏ

Bakıda yaşayış binasında yanğın baş verib

Yanğın bölmələr tərəfindən söndürülüb
Sputnik

BAKI, 30 aprel — Sputnik. Bakıda yanğın hadisəsi qeydə alınıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda 9 mərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 8 ədəd elektrik sayğacı, 8 ədəd elektrik açarı və 2 p.m elektrik kabeli yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın bölmələr tərəfindən söndürülüb.​