BAKI, 28 aprel — Sputnik. Peruda 500 il əvvələ aid 140 uşaq skeleti tapan arxeoloqlar, uşaqların təbiət güclərini məmnun etmək üçün antik bir mədəniyyət tərəfindən qurban edildiyini düşünür. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, bu günədək Cənubi və Mərkəzi Amerikada höküm sürən Astek, Maya və İnk mədəniyyətlərində "insan qurban etmə" ənənəsinin olması elmə məlum idi.
Fəqət araşdrımanın dərc olunduğunu "National Geographic" jurnalı bu günə qədər çox da tanınmayan Çimu mədəniyyətinə aid bu məzarların indiyə qədər müşahidə edilən və bir dəfəyə ən böyük uşaq qurbanı hadisəsi olduğunu yazıb.
Yaşları 5-14 arası olan 140 uşağa aid olan qalıntılar Perunun Truxillio şəhəri yaxınlığında Sakit okeana baxan bir yamacda qazılmış sıx məzarda tapılıb.
Perunun şimalındakı La Libertad bölgəsində Aya sitayiş edən Çimu mədəniyyəti yaşayıb. Qeyd edək ki, Truxillio bu gün 800 min nəfərlik əhalisi ilə ölkənin 3-cü böyük şəhəridir. Arexeoloji tapıntılara görə, uşaqlar və yanlarında tapılan 200 lama bu bölgədə hökm sürən çimuların dövründə öldürülüb.