SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yerevan yenə qarışdı: Ağ xələtlilər önə çıxdı

Nümayişçilərin önündə ağ xələtli tələbələr gedirlər
Sputnik

BAKI, 29 aprel — Sputnik. Yerevanda şəhərin mərkəzi küçələrində müxalifətin yürüşü başlayıb. Nümayişçilər müxalif "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyanın çağırışı ilə bir sıra küçələri bağlayıblar.

Nümayişçilərin önündə ağ xalatlı tələbələr gedirlər.

Əsasən Yerevan Dövlət Universiteti və Mxitar Geratsi adında Yerevan Tibb Universitetinin tələbələrindən təşkil olunmuş qrup Çarens küçəsini bağlayaraq aksiyaya başlayıblar. Onlar "birləşin", "azad, müstəqil tələbə" şüarlarını səsləndirirlər.

Eyni zamanda nümayişçilər Abovyan, Amiryan, Tumanyan, Koryun küçələrini, Maştos prospektini bağlayıblar.

Nümayişçilərin kolonnasını polislər müşayiət edir. 

Serj Sarqsyan istefa verdi

Xatırladaq ki, ikigünlük fasilədən sonra Nikol Paşinyan tərəfdarlarını vətəndaş itaətsizliyi aksiyasını bərpa etməyə çağırıb. Saat 16-dək paytaxtın bütün əsas küçələrinin bağlanması nəzərdə tutulur. Axşam Respublika meydanında mitinq keçiriləcək.

Hazırda Nikol Paşinyan Ermənistanda baş nazir vəzifəsinə əsas namizəddir. Keçmiş baş nazir Serj Sarqsyan etiraz aksiyalarından sonra aprelin 23-də istefa verib və bu vəzifəsini Karen Karapetyan müvəqqəti icra edir. Parlamentdəki bütün digər partiyaların baş nazir postuna namizəd sürməkdən imtina etməsindən sonra Nikol Paşinyanın şansları daha real görünür. Parlament baş nazir məsələsini mayın 1-də müzakirə edəcək.