Politoloqun fikrincə, indiki şəraitdə bu ittifaqın qalib gəlmək şansı daha yüksəkdir:
“Türkiyədə keçiriləcək növbədənkənar seçkilər qərarı hələ Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul olunmalıdır. Türkiyədə fövqəladə vəziyyət məsələsi seçkilərin keçirilməsinə hər hansı bir əngəl törədəcəyini düşünmürəm. Çünki daha əvvəl də seçkilər bu çərçivədə keçirilib. 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunmuş fövqəladə vəziyyət rejimi tənqid olunsa da, AKP və müttəfiqi MHP vəziyyətin hələ yaxşı olmadığını düşünür. Ona görə də ölkədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılıb. İlk dəfə Türkiyə fərqli bir ittifaq sistemi şəklində bu seçkilərə gedəcək. Amma seçkilər çox rəqabətli şəkildə olacaq”.
İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.