Tarixi görüşün daha bir maraqlı məqamı - VİDEO

Şimali Koreya lideri Kim Çen In-ın mühafizəçilərinin görüntüləndiyi video sosial şəbəkələrdə müzakirəyə səbəb olub
Sputnik

BAKI, 29 aprel — Sputnik. Uzun illərdən sonra Şimali və Cənubi Koreya liderlərinin görüşü bu həftə reallaşdı. Özü-özlüyündə fenomenal hadisə olan bu görüş barədə çox yazılıb və deyilib. Lakin bu görüşdə bir maraqlı hadisə də baş verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, görüşə gələn Şimali Koreya lideri Kim Çen In-ın mühafizəçilərinin görüntüləndiyi video sosial şəbəkələrdə müzakirəyə səbəb olub. 

Şimali Koreya liderinin mühafizəçiləri onun avtomobilini dövrəyə alaraq, onun ətrafında bütün yol boyu qaçırlar.