HADİSƏ

İyirmi yaşlı gənc avtoqəzanın qurbanı oldu

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Masallı rayonunda avto-nəqliyyat hadisəsi baş verib. 

Sputnik Azərbaycan-ın Cənub bürosunun əldə etdiyi məlumata əsasən, Masallı-Boradigah yolunda 1998-ci il təvəllüdlü Ərkivan kənd sakini İsmayıl Ağayevi avtomobil vurub. 

1970-ci il təvəllüdlü Loğman Hüseynov idarə etdiyi “Nissan Tiida” markalı avtomobillə yolu keçmək istəyən İ.Ağayevi vurub. Nəticədə 20 yaşlı İ.Ağayev həyatını itirib. 

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.