HADİSƏ

Paytaxtdakı göydələn gün ərzində ikinci dəfə yanmağa başlayıb

Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada yenidən yanğın baş verib
Sputnik

BAKI, 28 aprel — Sputnik. Bakının Xətai rayonu, Yusif Səfərov küçəsindəki əvvəllər Trump Tower kimi tanınan çoxmərtəbəli binada (hazırda istismar olunmur) söndürülən yanğın yenidən alovlanıb.

Sputnik Azərbaycan-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir.

Əlavə məlumat veriləcək.