Tramp niyə həyat yoldaşına hədiyyə verməyib?

Qeyd edək ki, aprelin 26-da Melaniya Trampın 48 yaşı olub
Sputnik

BAKI, 28 aprel — Sputnik. Donald Tramp həyat yoldaşı Melaniyanı ad günündə hədiyyəsiz qoyub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Tramp ad günündə Melaniyaya heç nə hədiyyə etmədiyini etiraf edib. Bu barədə o, çox sevdiyi "Fox and Friends" teleşousunda bildirib.

"Ola bilər ki, mənim problemlərim olsun. Mən həddən artıq məşğulam və hədiyyə axtarmağa zamanım yoxdur. Mənim hədiyyəm yoxdur, ancaq mən ona gözəl açıqca və gül dəstəsi hədiyyə etmişəm" – deyə Tramp bildirib.

Qeyd edək ki, aprelin 26-da Melaniya Trampın 48 yaşı olub.