Bu müharibə bir görüşlə bitəcək

Dövlət başçıları birgə bəyannamə imzalayıb və Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsi barədə razılığa gəlib
Sputnik

BAKI, 28 aprel — Sputnik. Şimali və Cənubi Koreya liderləri ötən gün ölkələr arasında olan müharibənin başa çatdığını bu ilelan etmək üçün razılığa gəlib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, tərəflər Koreya yarımadasının tam nüvə silahından təmizlənməsi məsələsini də müzakirə edib.

Xatırladaq ki, ötən gün Kim Çen In və Moon Jea In Cənubi Koreya sərhəddində görüşüb. Dövlət başçıları birgə bəyannamə imzalayıb və Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsi barədə razılığa gəlib.

Onlar həmçinin yarımadada daimi və əbədi sülh yaratmağa, Koreya müharibəsinin sona çatmasına dair razılığa gələcəklərini bildiirblər.