Kişi yalın əllə köpək balığını dənizdən çıxartdı - FOTO

Hadisədən sonra çəkilmiş foto ona populyarlıq qazandırıb
Sputnik

BAKI, 28 aprel — Sputnik. Avstraliyanın Yeni Cənubi Uels ştatında istirahət edən kişi onu qorxudan köpək balığını sudan çıxarıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sörfinqlə məşğul olan kişi yanında vəhşi balığı görüb. Balıq ona tərəf üzərək, kişini sörfinq taxtasından itələyib salıb. Özünü itirməyən sörfinqçi onu əli ilə tutub və sahilə tərəf çəkməyə başlayıb.

"İndi bu axmaq fikir kimi görünə bilər. Ancaq o dəqiqələrdə mən düşünürdüm ki, əgər onu tutsam, çənəsinin harada olacağını biləcəyəm” – deyə kişi xatırlayır.

Avstraliyalı köpəkbalığı ilə mübarizə apararaq onu sahilə çıxarmağı bacarıb. Hadisədən sonra çəkilmiş foto ona populyarlıq qazandırıb.