Kim Çen In həmkarına əriştə "kəsdi"

Şimali Koreya lideri söz verib ki, bundan sonra Moon Jea İni adəti üzrə səhər saatlarında Pxenyandan raket ataraq oyatmayacaq
Sputnik

BAKI, 28 aprel — Sputnik. Şimali Koreya lideri Kim Çen In cənubi koreyalı həmkarı Moon Jea İnə qarğıdalı ərişəsi hədiyyə edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Kim Çen In söhbətin nenmen əriştəsindən getdiyini bildirib. O qeyd edib ki, həmkarı bunun dadına axşam banketində baxsa da, daha yaxşı olar.

Xatırladaq ki, bu gün iki ölkənin liderləri arasında Koreya sammiti başlayıb. Məlumata görə, Koreya liderləri ölkələrarası münasibətləri müzakirə ediblər. Şimali Koreya lideri söz verib ki, bundan sonra Moon Jea İni adəti üzrə səhər saatlarında Pxenyandan raket ataraq oyatmayacaq.