TƏHLİL

Millət vəkili: “Cümhuriyyətimiz milli satqınların köməyi ilə süquta uğradı”

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyir ki, Rusiya imperiyasının dağılmasından sonra dövlətçiliyimizi bərpa etmək üçün tarixi situasiya yaranmışdı
Sputnik

Fəzail Ağamalı: “AXC bizim üçün şərəfli tarixdir”
Prezident İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan etməklə ADR-in 100 illiyinin tarixi əhəmiyyətini həm cəmiyyətimizə, həm də dünyaya nümayiş etdirməkdədir. Bu fikirləri Sputnik Azərbaycana Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib. 

“Bütün tarixi situasiyalarda xalqımız milli dövlətçilini bərpa etmək üçün cəhdlər göstərib. Belə bir tarixi məqam Rusiya imperiyasının dağılmasından sonra yaranmışdı. O dövrün aydınları, mütərrəqqi fikirli insanları yaranmış situasiyanı düzgün qiymətləndirib 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında İstiqlal bəyannaməsini qəbul etdilər. Bu bizim üçün şərəfli tarixdir. Ancaq sonrakı dövrlərdə, bolşeviklərin Azərbaycanı işğal etməsi və milli satqınların köməyi ilə Cümhuriyyət süquta uğradı”.

Bu il yanvarın 10-da Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz