MƏDƏNİYYƏT

"Cəbiş müəllim" Xalq yazıçısı Anar barədə danışır

"Cəbiş müəllim" Xalq yazıçısını 80 illik yubileyi münasibətilə təbrik edir
Sputnik

Bu il Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın 80 yaşı tamam oldu.

Anar 1939-cu il martın 14-də, Bakıda, xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Anar Azərbaycanın yüksək ordenləri — "İstiqlal" və "Şərəf" ordenləri ilə təltif edilib. Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimidir, Xalq yazıçısıdır. Professordur, Nizami adına ədəbiyyat institutunun, Nəsimi adına Dilçilik institutunun, bir neçə Türkiyə universitetlərinin fəxri doktorudur.

"Cəbiş müəllim" Xalq yazıçısını 80 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları arzulayır.