HADİSƏ

Bakıdakı güclü yanğının səbəbləri açıqlandı - RƏSMİ

Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb
Sputnik

BAKI, 28 aprel — Sputnik. Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda 32 mərtəbəli binanın (hazırda istismar olunmur) metal konstruksiyalardan ibarət xarici divar üzlüyünün altına çəkilmiş şüşə-pambıq örtüyü 390 m² sahədə yanıb.

"Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb", — deyə məlumatda vurğulanıb.