HADİSƏ

Vəzifəli şəxs vəfat edib

Təhsil Nazirliyinin sektor müdiri uzunsürən xəstəlikdən dünyasını dəyişib
Sputnik

BAKI, 27 aprel — Sputnik. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazilrliyindən məlumat verilib.

Xatırladaq ki, fəlsəfə doktoru, dosent olan Sülhəddin Gözəlov ağır xəstəlikdən (xərçəng) əziyyət çəkirdi. İş yoldaşları onun həyat dolu, gözəl insan kimi yad edir.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov