Tarixi görüş baş tutdu

Kim Çen In Cənubi Koreya ərazisinə ayaq basan ilk Şimali Koreya prezidenti kimi tarixə düşüb
Sputnik

BAKI, 27 aprel — Sputnik. Bu gün Şimali Koreya lideri ilə Cənubi Koreya liderinin tarixi görüşü baş tutub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Kim Çen In Cənubi Koreya ərazisinə ayaq basan ilk Şimali Koreya prezidenti kimi tarixə düşüb.

Məlumata görə, liderlər "Atəşkəs kəndi"ndə görüşüblər. Görüş canlı olaraq yayımlanıb.

Xatırladaq ki, bu, 1950-1953-cü illərdə baş verən Koreya müharibəsindən sonra liderlərin üçüncü görüşüdür. Moon Jae In və Kim Çen Inın görüşü zamanı Koreya yarımadasının yenidən birləşməsi, iki Koreya dövlətinin münasibətlərinin yaxşılaşması, nüvədən təmizlənmə məsələri müzakirə olunub.