Azərbaycan Ordusunda yarışlar başlayıb

Ordumuzda hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir
Sputnik

BAKI, 27 aprel — Sputnik. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və "Qaraheybət" təlim mərkəzinin bazasında hərbi qulluqçular arasında hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Yarışların açılış mərasimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ümummilli liderimiz Heydər Əliyevin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Müdafiə Nazirliyinin zabiti polkovnik Sadiq Paşayev açılışda çıxış edərək, orduda şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində olduğunu vurğulayıb.

1 / 3
Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir
2 / 3
Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir
3 / 3
Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir

Qoşun növlərini və birləşmələri təmsil edən 14 komanda fərdi və komanda birincilik uğrunda mübarizə aparır. 80-dək hərbi qulluqçu maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, 8 km məsafəyə kross və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayırlar.