İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 27 aprel — Sputnik. Oğuz rayonunda körpələr evi-uşaq bağçasının binasının bir hissəsi uçub.
Oğuz rayonunda körpələr evi-uşaq bağçasının binasının bir hissəsi uçub
© Sputnik / Ilham Ahmadov
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Təhsil Nazirliyinin Oğuz rayon Təhsil Şöbəsinin nəzdində olan Calut kənd körpələr evi-uşaq bağçasının inzibati binasının arxa divarında uçqun baş verib. Uçqun baş verən zaman ərazidə uşaqlar olmayıb.
Oğuz rayonunda körpələr evi-uşaq bağçasının binasının bir hissəsi uçub
© Sputnik / Ilham Ahmadov
Calut kənd bələdiyyəsindən verilən məlumata görə, bina ötən əsrin 60-cı illərində inşa edilib, 40 ildən çoxdur ki, binada körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Bina son illər qəzalı vəziyyətə düşüb.
Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.