RUSİYA

Moskvada Suriyanın taleyi müzakirə olunacaq

Nazirlərin aprelin 28-də görüşəcəyi gözlənilir
Sputnik

BAKI, 26 aprel — Sputnik. Suriyada gərginliyin azaldılması və siyasi müzakirələrin başlanmasına zəmin hazırlamaq məqsədilə əldə olunan "Astana razılaşması"nın təminatçıları — Türkiyə, Rusiya və İranın xarici işlər nazirlərinin görüşü gözlənilir. Sputnik Türkiyə xəbər verir ki, nazirlərin aprelin 28-də Moskvada görüşəcəyi gözlənilir.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Mövlud Çavuşoğlu, Sergey Lavrov və Cavad Zarifin görüşü zamanı Astana mexanizmi çərçivəsində yaradılan əməkdaşlığın bütün ölçüləri və gələcəkdə həyata keçirlməsi nəzərdə tutulan işlər müzakirə ediləcək.