Serj Sarqsyan partiya sədrliyindən də getdi

Keçmiş baş nazir RPK fraksiyasının üzvlərinə istefasının səbəblərini ətraflı izah edib
Sputnik

BAKI, 26 aprel — Sputnik. Ermənistanın keçmiş baş naziri Serj Sarqsyan hakim Respublika Partiyasının sədrliyindən də istefa verib. Sputnik Ermənistan xəbər verir ki, artıq partiya üzvləri yeni liderin seçilməsi məsələsini müzakirə edirlər.

Serj Sarqsyan istefa verdi

Məlumata görə, Ermənistan Respublika Partiyasının yeni sədrinin seçilməsi ilə bağlı müzakirələrə başlamaq üçün razılıq əldə olunub. Bu barədə məlumat Sarqsyanın Respublika Partiyası (RPA) fraksiyasının üzvləri ilə görüşündən sonra dərc olunan bəyanatda yer alıb.

Bildirilir ki, Serj Sarqsyan RPK fraksiyasının üzvlərinə istefasının səbəblərini ətraflı izah edib və Milli Məclisdə müxtəlif iş formatları barədə danışıb. Eyni zamanda keçmiş dövlət başçısı daxili sabitliyə nail olmaq və yalnız Respublika Partiyasının birliyi ilə həll oluna biləcək mühüm təhlükəsizliyi təmin etməyə çağırıb.