BAKI, 26 aprel — Sputnik. Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub.
Sputnik Ermənistan xəbər verir ki, telefon danışığı zamanı Ermənistanda baş verən siyasi proseslər müzakirə edilib. Nazarbayev Ermənistanda olan böhranı həll etmək üçün dialoqun vacibliyini də bildirib.