Müəllimlər autizm xəstəsi olan uşağı təhqir etdilər və...

Qadın müəllimlərdən şikayət edib və iki müəllim məktəbdə işdən çıxarılıb
Sputnik

BAKI, 26 aprel — Sputnik. ABŞ-da ana autizm xəstəliyi olan oğlunun məktəbə getməsindən sonra hərəkətlərində və davranışında dəyişiklik olduğunu hiss edib. Bunun səbəbini öyrənmək üçün ana oğlunun çantasına dinləmə cihazı qoyub. Bununla da qadın bütün həqiqətləri öyrənib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Luiziana ştatında yaşayan 12 yaşlı Camden Davis autizm xəstəliyi olan uşaqların təhsil aldığı Hope Akademiyasında təhsil almağa başlayıb. Məktəbə gedəndən sonra uşaq daha da özünə qapanmağa başlayıb. Anası oğlu ilə danışmağa cəhd etsə də, alınmayıb. Ana həqiqəti ancaq çantaya qoyduğu səsyazma cihazı vasitəsilə öyrənə bilib. Məlum olub ki, müəllimlər onun oğlunu təhqir edir və ona gülürlərmiş.

Qadın müəllimlərdən şikayət etdikdən sonra hər iki müəllim məktəbdən qovulub.