İxtirası ona baha başa gəldi, ömürlük həbs olubdu

Məhkəmə Madseni cəsədi parçalara ayıraraq cinayəti gizlətməkdə günahlandırıb
Sputnik

BAKI, 26 aprel — Sputnik. Danimarkanın paytaxtı Kopenhagendə ixtiraçı Peter Madsen barədə İsveçrədən olan jurnalist Kim Vallı özünün inşa etdiyi dənizaltı aparat ilə öldürmək ittihamı ilə məhkəmə qərar çıxarıb. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, qərar çıxarılan zaman təqsirləndirilən Madsen hərəkətsiz halda dayanıb. Məhkəmə Madseni öz ixtirasını cəsədi parçalara ayıraraq cinayəti gizlətmək üçün istifadə etməkdə günahlandırıb.

Peter Madsen məhkəmə zalında. Sketç

Təqsirləndirilən 47 yaşlı Madsen 30 yaşlı jurnalist Vallın bədənini parçalara ayıraraq dənizə attığını qəbul edir, amma onu bilərəkdən öldürmədiyini iddia edir. Saxlanılan Madsen ifadəsi zamanı bir neçə dəfə fərqli fikirlər söyləyib. O bildirib ki, jurnalistin başı onun ixtirası olan dənizaltı maşına təsadüfən dəyib və o ölüb.

İxtiraçı qatilə məhkəmə ömürlük həbs cəzası kəsib.