Narkotik sahəsində Avropanın birincisi bu ölkə oldu

Yanvar aynda da Algeciras limanında da 6 tonluq kokain polislər tərəfindən aşkar edilib
Sputnik

BAKI, 26 aprel — Sputnik. İspaniya polisi Kolumbiyadan ölkəyə keçirilən 9 tona yaxın kokaini Algeciras limanında aşkar edib.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Avropada bu günə kimi tək bir konteynerdə aşkar edilən ən böyük miqdarda qanunsuz keçirilən kokaindir. Saxlanılan gəmi Kolumbiyadan İspaniyaya banan gətirirmiş. Hadisə ilə bağlı bir nəfər Algecirasda, üç nəfər Malaqada, bir nəfər isə Fransanın Lion əyalətində saxlanılıb.

Qeyd edək ki, yanvar ayında da Algeciras limanında 6 tonluq kokain polislər tərəfindən aşkar edilib.