Erməni pornoulduz bədəni ilə pul qazanmağın yeni üsulunu tapıb

Kim Kardaşyan öz bədənini əks etdirən flakon şəklində parfüm istehsal etməyə başlayıb
Sputnik

BAKI, 26 aprel — Sputnik. Kim Kardaşyan yenidən bədənindən pul qazanmağa başlayıb. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, Amerika realiti şousu "Kardaşyanlar ailəsi"nin iştirakçısı Kim Kardaşyan öz bədənini əks etdirən flakon şəklində parfüm istehsal etməyə başlayıb. O, bu barədə öz tvitter səhifəsində məlumat verib.

37 yaşlı teleulduz lüt şəklini paylaşıb.

O qeyd edib ki, ətrin flakonunun hazırlanması üçün onun bədənin izləri götürülüb. KKW Body 4.30 ətrinin qutusunun dizaynı ilə İtaliyalı rəssam Vanessa Bikroft məşğul olur.

Parfümün "İnstagram"da 400 min abunəçisi olan səhifəsi var. Ətrin aprelin 30-da təqdim ediləcəyi gözlənilir.

"O həqiqətən də möhtəşəmdir. Qoxusu gözəldir. Mən onunla fəxr edirəm. Mənə elə gəlir ki, qızılı rəngin qoxusu belə olmalıdır" — deyə Kardaşyan bildirib.