Şimal-qərb bölgəsində yanğın

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb
Sputnik

BAKI, 26 aprel — Sputnik. Balakən rayonu, Gərəkli kəndində ümumi sahəsi 90 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 5 m2 sahədə yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.