Sonsuz olduğunu və 9 uşağının heç birinin atası olmadığını öyrəndi

Kişi 9 uşağına DNT testi etdirib və həqiqəti öyrənib
Sputnik

BAKI, 25 aprel — Sputnik. Doqquz uşaq atası olan mərakeşli professor sonsuz olduğunu öyrənən zaman heyrətlənib. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, 35 illik evli və 9 uşağı olun professor həyat yoldaşından boşanmaq qərarına gəlib və həyat yoldaşına demədən məhkəməyə gedib, boşanma ərizəsi yazıb.

Həkim kişiyə probleminin olduğunu, məhz ona görə də anadangəlmə sonsuz olduğunu dilə gətirib. Amma həkim deyib ki, kişinin cinsi orqanında olan kista götürüldükdən sonra o, ata ola bilər.

Vəkilinin köməyi ilə kişi 9 uşağına DNT testi etdirib və həqiqəti öyrənib. Uşaqlardan heç biri onun övladı deyilmiş.