Rusiya ABŞ sanksiyalarına qarşı əks-zərbə hazırlayır

Bu məsələ hazırda parlamentin aşağı palatasında müzakirə edilir
Sputnik

BAKI, 25 aprel — Sputnik. Rusiyada ABŞ-ın sanksiyalarına qarşı cavab tədbirləri hazırlanıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya Dövlət Duması tərəfindən ABŞ və digər ölkələrin anti-Rusiya sanksiyalarına riayət edən şirkətlər üçün cinayət işi ilə yanaşı, inzibati pul cəriməsinin tətbiq edilməsi imkanları müzakirə edilir.

"Birləşmiş Rusiya" fraksiyasının birinci müavini Andrey İsayevin sözlərinə görə, vətəndaşlara cinayət məsuliyyəti tətbiq edilə bilər, amma şirkətə qarşı bu mümkün deyil. Buna görə də, kifayət qədər yüksək cərimələrin tətbiq ediləcəyi planlaşdırılır. Bu məsələ hazırda parlamentin aşağı palatasında müzakirə edilir.