İtaliyaya istirahətə getdi, köləyə çevrildi

39 yaşlı qadın dəfələrlə təcavüzə məruz qalıb
Sputnik

BAKI, 25 aprel — Sputnik. İngiltərədə bir qadın "Facebook"da tanış olduğu kişi ilə İtaliyaya gedib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, adı açıqlanmayan qadın Mamadou Jallov adlı kişi ilə İtaliyaya istirahət məqsədi ilə yollanıb.

İtaliyaya çatan kimi Jallov tərəfindən zorla bir evə gətirilən qadın orada həbsdə saxlanılıb. 39 yaşlı qadın Jallov və iki dostu tərəfindən dəfələrlə təcavüzə məruz qalıb.

Mamadou Jallov

Qadının telefonu və pasportu da əlindən alınıb. Tam 2 həftə dəhşət yaşayan qadın bir gün Jallov və dostlarının evdə olmamasından istifadə edərək telefonun tapıb, polisə və yaxınlarına zəng edərək kömək istəyib. Pəncərədən çıxaraq qaçan qadın polislər tərəfindən ifadəsi alınmaq üçün şöbəyə aparılıb.

Qadını kölə kimi saxlayan 3 kişi tutulub.