Keçmiş baş nazirin oğlu iflas oldu

Maliyyə vəziyyətinin təhlilinə görə, öhdəliklər aktivləri xeyli dərəcədə üstələyib
Sputnik

BAKI, 25 aprel — Sputnik. Moskva Arbitraj Məhkəməsi Rusiyanın keçmiş baş nazirinin oğlu Vitali Çernomırdıni müflis elan edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, borcluları ilə münasibətə görə, məhkəmə onun əmlakının satışa çıxarılması proseduruna başlayıb. Proses oktyabrın 18-nə təyin edilib.

Bundan əvvəlki prosesdə maliyyə direktoru məhkəmədən Çernomırdinin iflasa uğradığını elan etməsini xahiş etmişdi. O qeyd etmişdi ki, maliyyə vəziyyətinin təhlilinə görə, öhdəliklər aktivləri xeyli dərəcədə üstələyib.