Yeni nazirdən ilk təyinat

Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin olunub
Sputnik

BAKI, 25 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov yeni vəzifəyə təyin olunub.

Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a Anar Hüseynovun özü məlumat verib.

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə İnam Kərimova kənd təsərrüfatı naziri təyin olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri vəzifəsində çalışıb.