Karaoke klubda 18 nəfər yanıb öldü

Ölənlərin saylarının artacağı istisna edilmir
Sputnik

BAKI, 25 aprel — Sputnik. Çinin Quanqdonq əyalətinə yaxın olan Qingyuan kəndində karaoke klubda faciə baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubda yanğın zamanı 18 nəfər ölüb, 5 nəfər yaralanıb.

Mütəxəssislər bildirib ki, yanğın şəxs və ya şəxslər tərəfindən qəsdən törədilib. Karaoke klubunda mahnı oxuyaraq əylənən insanlar 3 mərtəbəli binada qəfil yaranan yanğından canlarını qurtara bilməyiblər.

Hadisə yerinə yanğınsöndürmə və təcili yardım gəlsə də, bir çoxlarının həyatını xilas etmək mümkün olmayıb. Ölənlərin saylarının artacağı istisna edilmir.