Cənub sərhədlərimizdə nəhəng terror şəbəkəsi məhv edilib

İranda terror aktları hazırlamaqda şübhəli bilinən 300 nəfərlik terror şəbəkəsi çökdürülüb
Sputnik

BAKI, 25 aprel — Sputnik. İranda terror aktları hazırlamaqda şübhəli bilinən 300 nəfərlik terror şəbəkəsi aşkar edilərək zərərsizləşdirilib. Sputnik Azərbaycan İranın "Tasnim" agentliyinə istinadla xəbər verir ki, bunu İranın kəşfiyyat naziri Mahmud Ələvi açıqlayıb.

Onun sözlərinə görə, İran Kəşfiyyat Nazirliyi ölkənin təhlükəsizliyi və iqtisadiyyatın qorunması üçün lazımi bütün tədbirləri görür: "Ölkənin əmin-amanlığı və təhlükəsizliyi qorunmazsa, bu vəziyyət iqtisadiyyata da ciddi mənfi təsir edəcək".

Ötən il İran parlamentinə qarşı həyata keçirilən terror hücumuna toxunan nazir terrorçuları 24 saat içərisində həbs etdiklərini, qısa zamanda onların həbs edilməsinin düşmənləri qorxuya saldığını bildirib.