HADİSƏ

Balakəndə faciəvi hadisə

Hadisənin intihar olduğu bildirilsə də, mərhumun hansı səbəbdən özünə qəsd etdiyi məlum deyil
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. Bu gün səhər saatlarında Balakən rayonunda tükürpədici hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Püştətala kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Sabir Qurban oğlu Osmanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə asılı vəziyyətdə tapılıb. Onun meyitini yaxınları aşkarlayıblar.

Hadisənin intihar olduğu bildirilsə də, mərhumun hansı səbəbdən özünə qəsd etdiyi hələlik məlum deyil. Baş vermiş hadisə ilə bağlı Balakən Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.