Turistin boğazına ip salıb sürüdülər, vəhşicəsinə öldürdülər

Sebastian Vodroffe ölən təbibdən "ayahuasca" adlanan və qarabasmalara səbəb olan bitki ilə bağlı məlumat alıbmış
Sputnik

BAKI, 24 aprel — Sputnik. Amazon meşələrinin Perudakı hissəsində yaşayan yerli hindular kanadalı turisti qətlə yetiriblər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli sakinlər turisti 81 yaşlı təbib Olivia Arevalonu öldürməkdə günahlandırıblar. Onlar öldürməmişdən öncə kanadalı turist Sebastian Vodroffenin boynuna kəndir bağlayıb, yerdə sürüyüblər.

Sebastian Woodroffe yerli təbibi öldürməkdə günahlandırılır

Boynuna kəndir bağlanan 41 yaşlı turist öldürülməməsi üçün yalvarıb. Onun bu yalvarışları telefonların kameraları tərəfindən çəkilib.

Qeyd edilir ki, bir müddət yerli sakinlərlə bir yerdə yaşayan Sebastian Vodroffe ölən təbibdən "ayahuasca" adlanan və qarabasmalara səbəb olan bitki ilə bağlı məlumat alıbmış.

Peru hökuməti hər iki ölüm faktı ilə bağlı cinayət işinin başlanıldığını bildirib. Olayla bağlı 2 nəfər həbs edilib.