Türkiyə silkələndi, dağıntılar və tələfat var

Bu gün ilçənin bütün məktəblərində 1 günlük tətil elan edilib
Sputnik

BAKI, 24 aprel — Sputnik. Bu gün səhər saatlarında Türkiyənin Adıyaman Samsat ilçəsində (rayon) 5,3 bal gücündə zəlzələ baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələnin episentri 7 kilometr dərinlikdə olub.

1 / 3
Türkiyənin Adıyaman Samsat ilçəsində zəlzələnin fəsadları
2 / 3
Türkiyənin Adıyaman Samsat ilçəsində zəlzələnin fəsadları
3 / 3
Türkiyənin Adıyaman Samsat ilçəsində zəlzələnin fəsadları

Hadisə nəticəsində dağıntılar meydana çıxıb. Zəlzələnin ardınca yeraltı təkanlar qeydə alınıb. Hadisə zamanı ölənlərlə bağlı hələlik dəqiq məlumat olmasa da, 13 nəfərin xəsarət aldığı bildirilir. Zəlzələ zamanı dağılan evlərin altında qalan 150 baş heyvan tələf olub. Bu gün ilçənin bütün məktəblərində 1 günlük tətil elan edilib.

Xatırladaq ki, bölgədə keçən il də 5,5 bal gücündə zəlzələ baş vermişdi.