CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəmkirdə ağır qəza: İki ölü, iki yaralı

Ölənlər Ayaz və Emil, yaralılar isə Xəyyam və Əlizamin adlı şəxslərdir
Sputnik

BAKI, 24 aprel — Sputnik. Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Düyərli kənd ərazisində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan avtomobil maneəyə çırpılıb. Nəticədə, sürücü və sərnişinlərdən biri hadisə yerində ölüb. Daha iki nəfər yaralanıb.

Məlumata görə, ölənlər Ayaz və Emil, yaralılar isə Xəyyam və Əlizamin adlı şəxslərdir. Yaralılar Gəncə şəhərində yerləşən özəl xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.