Ermənistandakı mitinqin qanlı nəticəsi: Ölən var

Məlumata əsasən, kişidə ürək çatışmazlığı olub
Sputnik

BAKI, 24 aprel — Sputnik. Yerevanda müxalifətin mitinqində ürək tutmasından bir nəfər kişi vəfat edib. Bu barədə Sputnik Ermənistan xəbər verir. 

Hadisə bazar ertəsi baş verib.

"Təəssüf ki, 36 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb" — deyə Ermənistan Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, kişidə ürək çatışmazlığı olub.

Nazirlikdən həmçinin bildirilib ki, hazırda Yerevan xəstəxanalarında şəhərdəki kütləvi iğtişaşlar zamanı yaralanmış 7 nəfər var.

Xatırladaq ki, aprelin 13-dən Ermənistanda eks-prezident Serj Sarqsyanın baş nazir seçilməsinə etirazlar başlayıb. Aprelin 17-də müxalifət ölkədə "məxməri inqilab"ın başladığını elan edib. Buna baxmayaraq, parlament Sarqsyanı baş nazir kürsüsünə oturdub.

Aprelin 23-də Ermənistanın baş naziri Serj Sarqsyan istefa verib.