Milli Məclis bir sıra dəyişiklikləri müzakirəyə çıxardı

"Məşğulluq haqqında" yeni qanun layihəsi müzakirə ediləcək
Sputnik

BAKI, 24 aprel — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 20 məsələ daxil edilib.

İlk olaraq "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununa (İkinci səsvermə) baxılacaq.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsi dinləniləcək.

Sürücü və piyadalara müjdə: Yeni qanun təsdiqləndi

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə ediləcək.

İnzibati Xətalar, Cinayət və Vergi məcəllələrində, "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında", "İcra haqqında", "Könüllü fəaliyyət haqqında", "Sosial müavinətlər haqqında", "Sosial sığorta haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında", "Müflisləşmə və iflas haqqında" qanunlarda dəyişikliklərə, üçüncü oxunuşda "Peşə təhsili haqqında" qanun layihəsinə baxılacaq.

İclasda "Məşğulluq haqqında" yeni qanun layihəsi müzakirə ediləcək.