Əfsanəvi musiqiçinin ayaqqabıları satışa çıxarılır

Pop ulduz bu ayaqqabını ilk dəfə 1983-cü ildə geyib
Sputnik

BAKI, 24 aprel — Sputnik. Pop musiqinin kralı, ABŞ-ın əfsanəvi musiqiçisi Maykl Cekson aid daha bir əşya auksiona çıxarılacaq. Sputnik AzərbaycanTürkiyə mediasına istinadən xəbər verir ki, bu əşya Maykl Ceksonu bütün dünyaya tanıdan ayaqqabılarıdır.

Pop ulduz bu ayaqqabını ilk dəfə 1983-cü ildə geyinib. O məşhur "Ay yerişi" rəqsini ilk dəfə bu ayaqqabı ilə rəqs edib. Ayaqqablılar uzun illər öncə geyilsə də, indi də ideal vəziyyətdədir.

Qeyd edək ki, auksion 26 mayda baş tutacaq. Satış üçün ilkin məbləğ 10 min dollar nəzərdə tutulub.