TƏHLİL

Politoloq: “Fransa elə güclü ölkə deyil ki, Türkiyəni Suriyadan sıxışdıra bilsin”

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Fransanın Suriya böhranının həllində nə kimi rolu ola bilər məsələsi hələ açıq qalır
Sputnik

Elxan Şahinoğlu: “Fransanın Suriyada necə aktiv olacağını gələcək göstərəcək”
“Suriya keçmiş Fransa kaloniyası olduğu üçün onlar burada fəallaşmağa çalışır”. Bunu Suriyada gərginləşən Fransa-Türkiyə münasibətləri barədə Sputnik Azərbaycan-a açıqlamasında  “Atlas Araşdırmalar Mərkəzi”-nin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloqun fikrincə, Fransa ABŞ-dan güclü ölkə deyil ki, Türkiyə onun maraqları ilə hesablaşsın. 

“Türkiyə bu ərazilərdə ABŞ-ın maraqları ilə belə hesablaşmır. Fransanın Suriya böhranının həllində nə kimi rolu ola bilər məsələsi hələ açıq qalır. Çünki beynəlxalq terrora qarşı mübarizədə Fransanın elə də böyük rolu yoxdur. Burada əsas oyunçular Rusiya, ABŞ, İran və bir sıra ərəb dövlətləridir. Ona görə də Fransanın Suriyada necə aktiv olacağını gələcək göstərəcək”, — Şahinoğlu bildirib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz